RUMINİYADA AZƏRBAYCANA HƏSR OLUNMUŞTƏDBİR KEÇİRİLMİŞDİR
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Rumıniya DİN-in rəhbər işçiləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri, Azərbaycan və türk icmalarının nümayəndələri, alimlər iştirak etmişlər. P. Polidor Səməd Vurğunun və Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələdiyi mahnıları Azərbaycan dilində oxumuş, Buxarestdəki 70 nömrəli məktəbin şagirdlərinin konserti olmuşdur.
Sonra “Paul Polidor” Fondunun Səməd Vurğunun 100 illik yubileyinə həsr etdiyi audio-diskin və “Azadlıq. Azərbaycan 15 ildir müstəqildir” kitabının təqdimatı olmuşdur.
Səfirliyin müşaviri Tural Rzayev ölkəmizin 15 illik müstəqillik dövründə qazandığı uğurlardan, müxtəlif sahələrdə aparılan islahatlardan, Azərbaycan-Rumıniya dostluq münasibətlərinin inkişafından, Səməd Vurğunun yaradıcılığından danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]