“Rusiya-2018”in bütün iştirakçıları müəyyənləşib
Bakı, 16 noyabr, AZƏRTAC
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan sonuncu - 32-ci ölkənin adı məlum olub.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, mundiala vəsiqə qazanan sonuncu komanda doğma meydanda Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub.
Artıq dünya çempionatının iştirakçıları səbətlərə bölünüblər. Belə ki, “A” səbətində Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa, “B” səbətində İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay, “C” səbətində Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran, “D” səbətində Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Koreya Respublikası, Səudiyyə Ərəbistanı və Avstraliya yığmaları yer alıblar.
Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də Moskvada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]