Rusiya səfirliyi Azərbaycana təşəkkür edib
Moskva, 1 mart, AZƏRTAC
Rusiyanın Tehrandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə çıxışının təşkil edilməsinə göstərilən köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
AZƏRTAC xəbər verir ki, diplomatik missiyanın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfirliyi İranı tərk edən həmvətənlərinə yardım göstərir, Azərbaycan tərəfi isə sərhədin keçilməsi üçün icazələrin verilməsi ilə bağlı məsələlərə operativ şəkildə baxır. Məlumata görə, hazırda Azərbaycan ərazisi vasitəsilə çıxış üçün siyahılarda təxminən 500 Rusiya vətəndaşı var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:38]
İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]
Qida ilə təmasda olan mütəxəssislərə qanunvericiliyin tələbləri izah edilib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]