SİYASƏT
Rusiya sülhməramlılarının iki avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib
Şuşa, 7 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 117-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus birində 9, digərində 20 nəqliyyat vasitəsi olan iki avtomobil karvanı ərazidən maneəsiz keçib. Xankəndidən gələn avtomobil karvanları Laçın istiqamətinə hərəkət edib. Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 38 avtomobilinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin 8 avtomobilinin maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.