“RUSİYA VƏ AZƏRBAYCAN DOSTLUĞU” MÖVZUSUNDA İNŞA MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
Ümumrusiya Azərbaycan Konqresinin Voronejdəki azərbaycanlıların “Yedineniye-Birlik” ictimai təşkilatının Azərbaycanda Rusiya ili çərçivəsində 2006-cı ildə Voronejin ali və orta məktəblərində “Rusiya və Azərbaycan dostluğu” mövzusunda ən yaxşı inşa və referat üçün müsabiqə keçirmişdir.
37 nömrəli orta məktəbdə növbəti müsabiqəyə yekun vurulmuş, qaliblər, o cümlədən tədbirin keçirilməsində fəal iştirak edən müəllimlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. “Yedineniye-Birlik” ictimai təşkilatının sədri İlham Kazımov demişdir ki, konqresin regional şöbəsi hər rüb məktəblərdə “Xalqlar arasında tolerantlıq, birlik, sülh və həmrəylik” mövzusunda seminar keçirir.
Seminar çərçivəsində məktəblərin pedaqoji və şagird kollektivləri ilə görüşlər təşkil olunur, gənc nəslin tərbiyəsində xalqlar arasında dostluq əlaqələrinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılır. Bu mövzu ətrafında müzakirələrdə fəal iştirak edən, dostluğun əhəmiyyətini daha dərindən duyan və qiymətləndirən şagirdlər təşkilatın fəxri diplomu ilə mükafatlandırılırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]