RUSİYADA HƏRBİ QULLUQÇULAR ARASINDA CİNAYƏTKARLIQ ARTMIŞDIR
Cari ilin birinci yarısında Rusiya ordusunda nizamnaməyə zidd rəftar nəticəsində 3,5 mindən çox hərbi qulluqçu zərər çəkmişdir. AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın Baş prokuroru Yuri Çayka Baş Hərbi Prokurorluğun geniş kollegiya iclasında bildirmişdir.
O demişdir: “Komandirlər tərəfindən qeyri-nizamnamə münasibətlərinin və zorakılığın səviyyəsi altı ayda 3 faiz artmışdır. Belə rəftar nəticəsində 17 nəfər həlak olmuş və 100-dən çox adamın sağlamlığına ziyan vurulmuşdur”.
RF Baş prokurorunun məlumatına görə, “ilin birinci yarısında hərbi qulluqçular arasında cinayətkarlığın səviyyəsi 13 faizdən çox olmuşdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]