Rusiyada süni nəfəs aparatına qoşulmuş koronavirus xəstələrinin 90 faizi “delta” ştamına yoluxanlardı
Moskva, 30 iyul, AZƏRTAC
Rusiyada süni nəfəs aparatına qoşulmuş koronavirus xəstələrinin 90 faizi yeni “delta” ştamına yoluxanlardı.
AZƏRTAC xəbər verir ki, bu barədə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kafedra müdiri Sergey Avdeyev məlumat verib. Onun sözlərinə görə, belə pasiyentlərdə xəstəliyin daha ağır formada keçdiyi müşahidə olunur. Süni nəfəs aparatına qoşulmuş ahıl xəstələrin sağalma şansı isə olduqca aşağıdır.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, “delta” ştamı artıq 96 ölkədə aşkar edilib. Bu ştam əvvəlkindən iki dəfə artıq yoluxucudur və sürətlə mutasiyaya uğrayır.
İyunun 30-da Rusiyada 23 543 koronavirus xəstəsi qeydə alınıb, 672 nəfər bu xəstəlikdən həyatını itirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]