Rusiyada zavodda partlayışa təxribat səbəb ola bilər
Moskva, 9 avqust, AZƏRTAC
Moskva vilayətinin Segiyev Posad şəhərindəki zavodda partlayışın təxribat nəticəsində baş verdiyi ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, Zaqorsk optika-mexanika zavodunun ərazisində pirotexnikanın saxlanıldığı anbarda partlayış nəticəsində xəsarət alanların sayı 43 nəfərə çatıb. Onlardan 6 nəfərin vəziyyəti ağırdır.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, dağıntılar altında 5 nəfərin qaldığı ehtimalı var.
Hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]