Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYALI ALİMLƏR AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEV HAQQINDA ENSİKLOPEDİYA NƏŞR ETMƏYƏ HAZIRLAŞIRLAR

Moskva, 17 mart (AZƏRTAC). Rusiyalı alimlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında “Heydər Əliyev. Ensiklopediya” adlı nadir bir nəşr hazırlayırlar.

Ensiklopediyanın məsul redaktoru və məsul tərtibçisi Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Vadim Leonidoviç Telitsın bunu AZƏRTAC-a eksklüziv müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, layihə artıq həyata keçirilməkdədir və bir neçə ay bundan əvvəl tədqiqat işləri başlanmışdır. Rusiyalı alim onu da bildirmişdir ki, gözlənildiyinə görə, iki cilddən ibarət olacaq həmin nəşr, çox güman ki, gələn il may ayına qədər çap olunacaqdır. O daha sonra qeyd etmişdir ki, Azərbaycan xalqının ulu öndəri haqqında ensiklopediya məşhur “Nauka” nəşriyyatında çap ediləcəkdir, çünki ensiklopediya üzərində işə Moskvanın elmi ictimaiyyətini təmsil edən tədqiqatçılar cəlb edilmişdir.

Vadim Telitsın ensiklopediyanın yaradılması ideyasından söhbət açaraq vurğulamışdır ki, görkəmli siyasətçi Heydər Əliyevin şəxsiyyəti müasir tarixçilər və tədqiqatçılar üçün maraqlı və aktualdır. Belə bir ensiklopediya hazırlamaq ideyası heç də təsadüfən yaranmamışdır, çünki Heydər Əliyevin adı artıq müasir tarixə yazılmışdır. Vadim Telitsın demişdir: “Heydər Əlirza oğlu Əliyevin şəxsiyyəti və onun Rusiya üçün əhəmiyyəti, təəssüf ki, lazımınca qiymətləndirilməmiş və tədqiq edilməmişdir. Onun möhtəşəm və istedadlı bir lider və dövlət xadimi olması faktı gələcək nəsillər üçün qalacaq nəşrdə öz əksini tapmalıdır. Belə bir ensiklopediyanın nəşri xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsinə kömək edəcəkdir. Heydər Əlirza oğlu Əliyev sovet dövrü tarixinə çox qiymətli töhfə vermişdir, çünki o, müxtəlif dövrlərdə dövlətin idarə edilməsi sahəsində zəngin təcrübəyə malik idi. Ən başlıcası, onun necə şəxsiyyət olmasını, çox mürəkkəb siyasi və iqtisadi məsələləri həll etməyə necə nail olduğunu, müxtəlif dövrlərdə onun nəyə görə həm respublikanı yüksəltməyə, həm də Sovet İttifaqında çox işlər görməyə, hətta İttifaq dağılandan sonra da Azərbaycanı əfsanəvi simurq quşu kimi, dirçəltməyə qadir olmasını, o biri respublikalarda digər liderlərin buna nə üçün nail ola bilmədiklərini başa düşmək lazımdır. Mən belə hesab edirəm ki, ensiklopediya bütün bunları başa düşməyə kömək edəcəkdir. Ensiklopediya həm də dövlət idarəçiliyi kadrlarının və liderlərin yeni nəslinin tərbiyə edilməsi üzrə çox faydalı dərs vəsaiti ola bilər”.

Onun sözlərinə görə, əvvəlcə ensiklopediyanın konsepsiyası haqqında - onu necə yaratmaq, məqalələrin maksimum informasiyaya malik və eyni zamanda onların kifayət qədər sanballı və oxunaqlı olması üçün nə etmək barədə uzun-uzadı söhbətlər və mübahisələr olmuşdur. Rusiyalı tarixçi onu da qeyd etmişdir ki, ensiklopediyanın birinci cildində Heydər Əliyevin təhsil illərində, onun DTK-da xidmət etdiyi dövrdə, Azərbaycan KP MK-nın birinci katibi olduğu vaxt, Moskvada və 1991-ci ildən sonra ünsiyyətdə olduğu bütün insanlar, yəni onunla birgə oxumuş insanlardan, qohumlarından, yaxınlarından, əməkdaşlarından, həmkarlarından, şagirdlərindən başlamış Heydər Əliyevlə ünsiyyətdə olmaq və onunla işləmək nəsib olmuş bütün insanlar barədə məlumat veriləcəkdir. Nəşrin ikinci cildi isə Heydər Əliyevin müxtəlif taleyüklü qərarlar qəbul etdiyi məktəb islahatının hazırlanması, Baykal-Amur magistralına (BAM) səfərlər, Bakıdakı məişət kondisionerləri zavodunun tikintisi və istifadəyə verilməsi və sair hadisələrlə əlaqədar məqamlara həsr ediləcəkdir:

Vadim Telitsın Rusiya komandasının Azərbaycanda kimlərlə işləyəcəyi barədə sualı şərh edərək xüsusi vurğulamışdır ki, ensiklopediyanın yaradılmasında yerli tarixçilərin köməyi zəruridir. Rusiyalı alim demişdir: “Buna görə də biz ilk növbədə tanınmış azərbaycanlı yazıçı-publisist, “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı dərin məzmunlu və gözəl dördcildliyin müəllifi Elmira Axundovaya müraciət etdik. Mənim fikrimcə, o, Heydər Əliyevin həyatının və taleyinin tədqiqatı üzrə aparıcı mütəxəssislərdən biridir. Heydər Əliyevdən dəfələrlə müsahibə almış Elmira Axundova Prezident komandasında işləmiş, Siyasi Büro üzvlərindən və Heydər Əliyevlə əlaqələri olmuş digər maraqlı şəxsiyyətlərdən müsahibələr almışdır. Mən həmin dördcildliyi məmnunluqla oxumuşam. Mahiyyət etibarilə Elmira Axundovanın bu əsəri bizim yeni ensiklopediyanın təməlinə qoyduğumuz ilk kərpicdir, çünki həmin dördcildlikdə bəhs edilən şəxslər haqqında biz də yazacağıq. Lakin Elmira Axundova həmin şəxslər barəsində təhkiyə tərzində yazmış, onun kimlərlə və necə ünsiyyətdə olduğunu təsvir etmişdir, biz isə sadəcə olaraq onun başqaları ilə necə ünsiyyətdə olmasını deyil, onun siyasi taleyinin və parlaq karyerasının necə yaranmasını göstərmək istərdik. Beləliklə, biz Elmira Axundovanın möhtəşəm əsərinin sərhədlərini genişləndiririk və bu məsələdə bizə şəxsən o özü kömək edir. Hazırda Elmira Axundova ensiklopediyanın sözlüyü üzərində işi tamamlayır və eləcə də Azərbaycan tərəfdən kimlərin adının həmin nəşrə daxil edilməsi məsələsinin həllində bizə kömək edir, hansı hadisələrin böyük əhəmiyyət kəsb etdiyini bildirir və s. E.Axundova bu məsələlər üzrə böyük mütəxəssisdir, çünki o, öz əsərini yaradarkən ağır zəhmət tələb edən çox böyük iş görmüşdür. Biz isə sovet, Rusiya siyasətçiləri nəslindən kimlərin təmsil edilməli olduğunu deyə bilərik. Bu istiqamətdə bizim imkanlarımız daha çoxdur, ona görə ki, biz Bakıda bəlkə də olmayan bütün sənədlərin saxlandığı Moskva arxivlərinə birbaşa çıxa bilirik”.

Vadim Telitsın sonda demişdir: “Ensiklopediya tərtib etmək çox böyük və ağır işdir, bu işdə çoxsaylı mütəxəssislərdən istifadə edilməsi tələb olunur. Komandaya mənim təmsil etdiyim Rusiya Elmlər Akademiyasının (REA) alimləri və daha bir neçə nəfər daxildir. Bundan əlavə, başqa institutlarla, məsələn, Elmi İnformasiya İnstitutu ilə əməkdaşlıq edən rusiyalı alimlər, Ali İqtisad Məktəbinin, bir sıra başqa institutların mütəxəssisləri də cəlb edilmişdir. XX əsr tarixi, xarici siyasət, habelə milli münasibətlərlə məşğul olan alimlər də vardır. Onların çoxu tarixi araşdırarkən istər-istəməz respublika rəhbərlərinin taleyi ilə, o cümlədən Heydər Əliyevin taleyi ilə üzləşirlər. Layihədə arxiv işçiləri də iştirak edir. Yəni, burada bir qrup insan vardır ki, onlar indiyə qədər bəlkə də hər hansı ümumi layihələrlə əlaqədar olmamışlar. Bu iş çox mütəxəssisləri birləşdirəcəkdir. Onların arasında akademiya ilə yanaşı, başqa tədqiqat qurumlarının təmsilçiləri də olacaqdır. Ensiklopediya xalqlarımız arasında dostluğun möhkəmlənməsi işinə layiqli töhfə olacaqdır”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO