Rusiyali deputat “Lokomotiv” futbolçusunun hərəkətini populizm adlandırıb
Moskva, 17 fevral, AZƏRTAC
Rusiya Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Dmitri Svişevin fikrincə, Moskvanın “Lokomotiv” komandasının yarımmüdafiəçisi Dmitri Tarasovun “siyasətlə məşğul olmaqdansa, futbol oynaması daha yaxşı olardı”.
Deputat bu sözləri D.Tarasovun Türkiyədə “Fənərbaxça” komandası ilə oyundan sonra stadionu üzərində Rusiya Prezidenti Vladimir Putinin şəkli olan idman köynəyində tərk etməsinə münasibət bildirərək söyləyib. Xatırladaq ki, UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində fevralın 16-da İstanbulda keçirilən oyun 2:0 hesabı ilə “Fənərbaxça”nın xeyrinə başa çatıb.
D.Svişev əlavə edib ki, D.Tarasovun vətənpərvərliyini qiymətləndirir və bir idmançı kimi ona hörmət edir: “Ancaq o, siyasətlə məşğul olmamalı, məharətlə futbol oynamalıdır. Rusiya ilə Türkiyə arasında münasibətlərin hazırki vəziyyətindən xəbərdar olaraq bu cür addım atmaq əsl populizmdir”.
UEFA-dakı mənbədən “R-Sport” Agentliyinə bildiriblər ki, intizam qaydalarını pozduğuna görə D.Tarasov azı 10 oyunda iştirakdan kənarlaşdırıla bilər. Deputat D.Svişevin sözlərinə görə, idmançıya qarşı tətbiq ediləcək sanksiyalardan bütün komanda zərər çəkəçək.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]