Rusiyalı tennisçi Daniil Medvedev cari ildə 50-ci qələbəsini qazanıb
Bakı, 12 oktyabr, AZƏRTAC
İndian-Uellsdə (ABŞ) “Masters” seriyasından olan “BNP Paribas Open” tennis turniri davam edir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, mükafat fondu 8 milyon 359 min 455 ABŞ dolları təşkil edən turnirdə üçüncü mərhələyə start verilib.
Mərhələnin ilk günündə mübarizəyə qatılan və görüşünü qələbə ilə başa vuraraq növbəti mərhələyə adlayanlar arasında dünyanın 2 nömrəli raketka ustası Daniil Medvedev (Rusiya) də var. O, bu mərhələdə serbiyalı Filip Karinoviçi məğlub edib - 6:2, 7:6. Cari ildə tennisçinin qazandığı qələbələrin sayı 50-yə çatıb. D.Medvedev indi bu göstəriciyə görə, yalnız yunanıstanlı Stefanos Tsitsipasdan (72 qələbə) geri qalır.
Rusiyalı tennisçi sözügedən turnirin qalibi olacağı təqdirdə hazırda reytinq cədvəlinə liderlik edən serbiyalı Novak Cokoviçi qabaqlaya bilər.
Qeyd edək ki, D.Medvedevlə yanaşı, “Top-10”da yer alan Andrey Rublev (Rusiya, 5-ci), Kasper Ruud (Norveç, 8-ci), Xubert Xurkaç (Polşa, 9-cu) və italiyalı Yannik Sinner (10-cu) də mərhələni uğurla keçiblər.
Novak Cokoviçin qatılmadığı turnir oktyabrın 17-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]