Rusiyanın U-17 komandasının Bakıda təlim-məşq toplanışı təşkil olunacaq
Bakı, 18 fevral, AZƏRTAC
Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandası fevralın 20-dən 26-dək Bakıda təlim-məşq toplanışında olacaq.
AZƏRTAC Rusiya Futbol İttifaqının saytına istinadla xəbər verir ki, qonaq komanda Azərbaycanda həmyaşıdları ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Oyunlar fevralın 23-də və 25-də təşkil olunacaq. Hər iki görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.
Rusiya yığmasının baş məşqçisi Sergey Matveyev Bakıya gələcək heyəti artıq müəyyənləşdirib. Heyətdə qapıçılar - İvan Lomaev, Matvey Safonov, müdafiəçilər - Sergey Borodin, Artyom Qolubev, Aleksandr Volkov, Artyom Qorbulin, Aleksandr Zaxarov, Kirill Lukyançikov, yarımmüdafiəçilər - Pyotr Volodkin, Aleksandr Rudenko, Vyaçeslav Qrulev, Osman İsayev, Dmitri Lesnikov, Leon Musayev, Maqomed Süleymanov, Danil Utkin, Mixail Yakovlev, hücumçular - İvan İqnatev, Stanislav Latseviç və Dmitri Çipçenko yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]