“Sabah” Azərbaycan çempionatlarında mükafat qazanan 19-cu komanda olub
Bakı, 3 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci mükafatçısı bəlli olub. XXVII turda ilk “üçlük”də yerini təmin edən “Qarabağ”ın ardınca “Sabah”ın da mükafatçılar sırasında yer alacağı dəqiqləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Qəbələ” ilə XXVIII turun görüşündəki 3:2 hesablı qələbə ilə Murad Musayevin baş məşqçisi olduğu komanda tarixinin ilk medalını təmin edib.
Bakı klubu ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komandadır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 18 iştirakçı üçlüyə düşüb.
“Neftçi” hamıdan çox - 20 dəfə bunu bacarıb. “Qarabağ” 17-ci medalını təmin edib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2 dəfə medalçılar sırasında yer alıblar. “Sabah”adək daha beş komandanın bir uğuru var. Bunlar “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt”dır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]