SABİQ QUBERNATORUN VƏKİLİ APELYASİYA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT VERƏCƏKDİR
Vəkilin sözlərinə görə, hazırda o, müvafiq sənədləri toplayır və bir ay ərzində Apelyasiya Məhkəməsinə şikayət ərizəsi təqdim edəcəkdir. A.Aladaşvili Tbilisi Şəhər Məhkəməsinin heç bir sübut-dəlil olmadan Levan Mamaladze barəsində belə hökm çıxarmasını qanunsuz sayır və məhkəmənin bu səhvi düzəldəcəyini güman edir.
Xatırladaq ki, 2004-cü ilin yanvarından Gürcüstan Baş Prokurorluğu tərəfindən axtarılan sabiq qubernatora özünün iştirak etmədiyi məhkəmədə 17 il həbs cəzası kəsilmişdir. O, vəzifəsindən sui-istifadə etməkdə, bir avtomobili mənimsəməkdə və böyük miqdarda rüşvət almaqda ittiham olunur. L.Mamaladze 2003-cü ilin sonunda Gürcüstanda hakimiyyət dəyişikliyi baş verəndən sonra ölkəni tərk etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]