“Şahdağ” Yay-Qış Turizm Kompleksində ekstremal qış müsabiqəsi keçiriləcəkdir
Bakı, 2 fevral (AZƏRTAC). Fevralın 22-də “Şahdağ” Yay-Qış Turizm Kompleksində dünyada ilk dəfə olaraq ən ekstremal və şən qış müsabiqəsi - “Red Bull Shakh Carpet” keçiriləcəkdir.
Hərfi mənası “Xalçaların şahı” olan müsabiqənin ideyasına görə, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün hər cür vasitələrlə təchiz olunmuş iştirakçılar sonda kiçik tramplinin üzərindən hovuza tullanırlar. İştirakçıların xüsusilə müsabiqə üçün yaratdıqları hərəkət vasitələrinin əsas elementi mütləq xalça olmalıdır.
Qeydiyyatdan keçmək üçün iştirakçılar əvvəlcədən komandanın kreativ konsepsiyasını fikirləşməli, xalça ilə sürüşmək üçün vasitə düzəltməli, ona ad tapmalı və müvafiq şən kostyumlar hazırlamalıdırlar. Müsabiqədə iştirak üçün ən kreativ komandalar seçiləcəklər. Komanda iki-üç iştirakçıdan ibarət olacaqdır. Hər komandaya çıxış üçün beş dəqiqə vaxt veriləcəkdir. Müsabiqədə iştirak etmək istəyən şəxslər fevralın 10-dək “Facebook”da http://bit.ly/19PWdeQ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]