Şahin Diniyev: Futbolçularımızın ən böyük problemi ölkə xaricində cəmiyyətə tez uyğunlaşa bilməmələridir

Bakı, 14 may, AZƏRTAC
Ölkə xaricində legioner həyatı yaşamaq çətin prosesdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Şahin Diniyev azərbaycanlı futbolçuların ölkə xaricində oynadıqları klublarda uzun müddət qalmamaları barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis bildirib ki, başqa ölkədə karyerasını davam etdirmək istəyən futbolçu əvvəlcə həmin yerin dilini və mədəniyyətini öyrənməlidir: “Bizim futbolçuların ən böyük problemi ölkə xaricində cəmiyyətə tez uyğunlaşa bilməmələridir. Mən də legioner həyatı yaşadığım üçün bunun necə olduğunu bilirəm. Azərbaycanlı futbolçu ölkəsində sıx dostluq və qohumluq əlaqələri görür. Lakin Avropada mentalitet belə deyil. Başqa kluba keçdiyin zaman fərqli dünyaya addım atmış olursan. Orada sənin yaxınların olmur və məcbur fikrini oyununa yönəltməli olursan. Ümumiyyətlə, bu mərhələdə psixologiya önəmlidir”.
Ş.Diniyev səbirli və təmkinli olmağın futbolçularımıza Avropada uğur qazandıracağına inandığını söyləyib: “Futbolçuların əldə edəcəyi nəticələr gələcəkdə uşaqlara yaxşı stimul və örnək olacaq. Çünki qazanılan uğur Azərbaycan futbolunun adına yazılacaq. Dörd-beş il peşəkar səviyyədə özünü tutsan, ölkəndə yaşadıqlarını unutsan və gələcək yaşayışını düşünsən, yüksək səviyyədə oynaya bilərsən. Özünü futbola qurban verməlisən, təkliyə öyrəşməlisən. Ən önəmlisi, oyunçularımız adaptasiya, psixologiya və xarakterləri üzərində çox işləməlidirlər”.
Qeyd edək ki, Şahin Diniyev futbolçu karyerası ərzində Moldova, Rusiya və İsraildə legioner həyatı yaşayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.06.2025 [21:25]
Burak Yılmaz Superliqa klubundan ayrılıb
- 22.06.2025 [12:36]
"Qarabağ"dan ayrılan futbolçu "Araz-Naxçıvan"a keçib
- 22.06.2025 [11:43]
"Araz-Naxçıvan" heyətini yeni futbolçu ilə gücləndirib
- 22.06.2025 [10:41]
Klublararası dünya çempionatında daha iki oyun keçirilib
- 22.06.2025 [02:58]
UFC-nin prezidenti: Azərbaycana gəldiyim üçün çox xoşbəxtəm
- 22.06.2025 [02:30]
Azərbaycanda ilk dəfə UFC turniri keçirilib
- 22.06.2025 [01:44]
Rafael Fiziyev: Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir
- 22.06.2025 [01:40]
UFC: Rafael Fiziyev çilili idmançıya qalib gəlib
- 22.06.2025 [01:19]
Klublararası dünya çempionatı: “Borussiya” və “İnter” qələbə qazanıblar
Papa Leo: Müharibəni dayandırın
- [16:46]
UFC: Məhəmməd Nayimov Bakıda rəqibini məğlub edib
- 21.06.2025 [23:40]
Cənubi Koreyadan olan daha bir idmançı UFC-də qələbə əldə edib
- 21.06.2025 [23:10]
UFC: Cənubi Koreyadan olan idmançı qələbəyə sevinib
- 21.06.2025 [22:49]
Rusiyalı idmançı Bakıdakı UFC turnirində qələbə qazanıb
- 21.06.2025 [22:19]
Bakıdakı UFC turnirində üçüncü döyüş baş tutub
- 21.06.2025 [21:55]
Bakıdakı UFC turnirində ikinci döyüş keçirilib
- 21.06.2025 [21:19]
Bir neçə müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 21.06.2025 [21:12]
Bakıda UFC döyüş gecəsinə start verilib
- 21.06.2025 [20:58]
Almaniyada hökumətin proqram təminatı və IT üzrə xərcləri xeyli artıb
- 21.06.2025 [20:51]
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
- 21.06.2025 [20:22]
Azərbaycan millisi ikinci oyunda da Moldova yığmasına qalib gəlib
- 21.06.2025 [19:58]
Naxçıvandan olan məktəbli beynəlxalq olimpiadada “Brilyant mükafat” qazanıb
- 21.06.2025 [19:40]
Mahir Emrelinin yeni klubu müəyyənləşib
- 21.06.2025 [19:23]
Böyük Britaniyada yaşayan azərbaycanlı nüfuzlu cəmiyyətin üzvü olub
- 21.06.2025 [19:20]
Azərbaycanın xarici işlər naziri İstanbulda malayziyalı həmkarı ilə görüşüb
- 21.06.2025 [18:39]
Startap və innovasiya festivalı “Baku ID 2025” yekunlaşıb
- 21.06.2025 [18:37]
Dövlət Neft Fondu SFBF-nin dayanıqlılıq seminarında təmsil olunub
- 21.06.2025 [18:33]