Şahmat üzrə xatirə turniri davam edir
Bakı, 11 oktyabr, AZƏRTAC
Mərhum gənclər və idman naziri, ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş respublika şahmat turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin iki turunun oyunlarının nəticəsinə görə, Süleyman Süleymanlı (U-16), Kamal İsfəndiyarlı (U-14), Cahandar Azadəliyev (U-12), Suat İbrahimli (U-10), Aylin Nurəhmədli (U-8) birinci yerdə qərarlaşıblar.
Yarışda Bakı, Sumqayıt, Qəbələ, Qax, Balakən, Şəki, Qusar, Yardımlı, Cəbrayıl və Laçından 100-ə yaxın şahmatçı iştirak edir.
Yeddi turdan ibarət olacaq turnirin reytinq favoriti Süleyman Süleymanlıdır. 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən yarış oktyabrın 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]