Şahmatçımız Şəhriyar Məmmədyarov dünya reytinqində altıncı yerə yüksəlib
Bakı, 30 iyun, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il iyunun 1-nə olan reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov 2782 xalla dünya reytinqində 6-cı yerə yüksəlib. Millimizin digər üzvü Teymur Rəcəbovun isə mövqeyi dəyişməyib (2763, 10-cu yer).
Digər şahmatçılarımız Qədir Hüseynov (2665) iki pillə irəliləyərək 72-ci yeri tutub. Nicat Abbasov (2656) isə 11 pillə geriləyərək 84-cü sırada qərarlaşıb. Üç pillə irəliləyən Rauf Məmmədov (2654) 87-ci yerdədir.
Kişi şahmatçıların reytinq siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.
Qadın şahmatçılarımızın reytinqində isə Azərbaycanın üç zəka ustası ilk 100-lükdə qərarlaşıb. Günay Məmmədzadə (2460) reytinqini 14 punkt artıraraq 25-ci yerə yüksəlib. Gülnar Məmmədova (2385) 77-ci, Xanım Balacayeva (2376) isə 91-ci yerdədirlər.
Qadın şahmatçılar arasında birinci pillədə çinli Yifan Hou (2658) yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]