Salyanda baş verən yol qəzasında bir nəfər xəsarət alıb
Salyan, 11 mart, AZƏRTAC
Salyanda yol qəzası olub, bir nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə rayonun Çuxanlı kəndi ərazisində baş verib.
Çuxanlı kənd sakini Tacəddin Novruzov “Juquli” markalı avtomobillə hərəkətdə olarkən naməlum səbəbdən idarəetməni itirib. Nəticədə maşın digər nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı T.Novruzov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırılma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:43]
Naxçıvan idmançıları ölkə birinciliyində 27 medal qazanıblar
- 18.06.2026 [17:40]
Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
- 18.06.2026 [17:33]
GDU-da keçirilən bilik yarışında “Elm yolçuları” birinci oldu
- 18.06.2026 [16:55]