San-Diyeqoda ABŞ dəniz piyada qoşunlarında vuruşmuş azərbaycanlı döyüşçünün xatirəsi yad edilmişdir
Vaşinqton, 12 dekabr (AZƏRTAC). Amerikanın San-Diyeqo şəhərinin (Kaliforniya ştatı) Diplomatik Şurasında İraqda və Əfqanıstanda müharibə zamanı həlak olmuş döyüşçüləri anma gecəsi keçirilmişdir. Tədbirdə koalisiya qüvvələrinin regionda keçirdiyi sülhyaratma əməliyyatlarında Azərbaycanın və Gürcüstanın rolu vurğulanmışdır. ABŞ dəniz piyada qoşunlarının kiçik kapralı olmuş azərbaycanlı Murad Rəhimovun xatirəsi Azərbaycan-Amerika Şurasının (AAŞ) nümayəndələrinin iştirakı ilə yad edilmişdir. Murad Rəhimov 2005-ci il yanvarın 26-da Qərbi İraqın Əl-Ənbar əyalətinin Ər-Rütbə şəhəri yaxınlığında keçirilən əməliyyat zamanı həlak olmuşdur.
Yusif Babanlı
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]