Saray qəsəbəsində narkotik vasitələrin satışı və təbliği ilə məşğul olan şəxs saxlanılıb VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərinə baxış zamanı ümumi çəkisi 2 kiloqram olan marixuana və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.
Cavid Əliyevin ətrafında aparılan araşdırmalar zamanı onun Saray qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduğu müəyyən edilib.
Faktla bağlı Cavid Əliyev barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.