Səbail rayonunda mağazadan oğurluq edən şəxs tutulub
Bakı, 31 mart, AZƏRTAC
Səbail rayonunda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2000 manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu polis bölməsinə məlumat daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]