Səfir: Rumıniya ilə Azərbaycan arasında əlaqələr bir çox sahədə inkişaf edib VİDEO
Bakı, 1 dekabr, AZƏRTAC
Rumıniya 1991-ci ildə Türkiyədən sonra Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci ölkə olub. 2009-cu ildə Rumıniya Azərbaycanla Strateji Tərəfdaşlıq münasibətləri haqqında Bəyannaməni təklif edən və onu yüksək səviyyədə imzalayan ilk Avropa İttifaqı üzvü olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare deyib.
O bildirib ki, 34 il ərzində Rumıniya–Azərbaycan əməkdaşlığı siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat və kommunikasiya, mədəniyyət və təhsil də daxil olmaqla bir çox sahədə, həmçinin cəmiyyətlərimiz və xalqlarımız arasında əlaqələr səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib.