Şəhid Nəzər Əzizov Kürdəmirdə torpağa tapşırılıb VİDEO
Kürdəmir, 14 sentyabr, AZƏRTAC
Kürdəmirdə Azərbaycan Ordusunun giziri, şəhid Nəzər Ağacəlil oğlu Əzizovun dəfn mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Nəzər Əzizovun nəşi boya-başa çatdığı Dəyirmanlı kəndindəki evinə gətirilib, sonra isə rayonun Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində Kürdəmir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, eləcə də şəhidlə bir yerdə xidmət edən hərbçilər iştirak ediblər. Mərasimdə iştirak edən izdihamlı kütlə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndiriblər.
Qeyd edək ki, gizir Nəzər Ağacəlil oğlu Əzizov sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat zamanı şəhidlik zirvəsinə yüksəlib. Nəzər Əzizov 2016-cı ildə Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Xidməti dövründə bir neçə medal və fəxri fərmanla təltif olunub.
Ailəli idi, 2 övladı var.