SƏNAYE MƏHSULLARININ İSTEHSALI ARTIR
Rayon icra hakimiyyətinin iqtisadiyyat şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı, onlar üçün yaradılan əlverişli şərait yerli sənayenin dirçəlməsinə, məhsul istehsalının artmasına imkan verir. Təsadüfi deyildir ki, cari ilin birinci yarısında rayonda sənaye məhsullarının istehsalı 9 milyon 238,1 min manata (AZN) çatmışdır. Bu, ötən ilin müvafiq dövründəkindən 3 milyon 332,8 min manat çoxdur. Bu gün “Kürdəmir-pambıq” ASC, “Büllur” şirkəti, “Qafqaz Holdinq”, “Aveta”, “Şərq CO LTD” və digər MMC-lər rayonun iri istehsal sahələrini təşkil edir. Onlarda 1500 nəfərədək işçi çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]