Sərbəst güləşçilərimiz Vladiqafqazda beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 18-19-da Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri keçiriləcək.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə turnirdə yığma komandamızın 8 üzvü mübarizə aparacaq. Komandamızın heyətində Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıblar.
I-S kateqoriyalı hakim Hicran Şərifov Dünya Güləş Birliyi tərəfindən hakim-instruktor təyin edilib və turnirin gedişinə nəzarət edəcək. Görüşlərin idarə edilməsində isə ölkəmiz beynəlxalq dərəcəli hakim Zaur Şərifov ilə təmsil olunacaq.
Turnirin proqramına əsasən, noyabrın 18-də 57, 65, 74 və 97 kiloqram, noyabrın 19-da isə 61, 70, 86 və 125 kiloqram çəkilərdə pəhləvanlar arasında qaliblər müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]