Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçirilir
Bakı, 18 fevral, Samirə Allahverdiyeva, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışın keçirilməsində məqsəd ölkədə güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunan yarış şəxsi xarakter daşıyır. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1996-1998-ci il təvəllüdlü idmançılar iştirak edirlər.
Birinciliyin ilk günündə 160-dan artıq sərbəst güləşçi xalça üzərinə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]