Serbiya Prezidenti Azərbaycana səfəri ilə bağlı feysbuk hesabında paylaşım edib
Bakı, 21 dekabr, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Azərbaycana işgüzar səfəri ilə bağlı feysbuk hesabında paylaşım edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının paylaşımında qeyd olunub: “Yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və Serbiya ilə səmimi dostluğa görə Azərbaycan xalqına təşəkkür edirəm. Hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz irəliləyiş görürəm. Bu da liderliyin gücünün, Prezident İlham Əliyevin uzaqgörənliyinin və ölkəsinə böyük sevgi ilə rəhbərlik etməsinin göstəricisidir. Azərbaycanın səmimi dostları olaraq bu, bizi çox sevindirir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]