Sərdar Ünsal: Ermənistan işğal etdiyi torpaqlardan dərhal çəkilməlidir VİDEO
Ankara, 25 sentyabr, AZƏRTAC
Ermənilər hər zaman bizə xəyanət ediblər, nə qədər yaxşılıq etsək də, əvəzində pislik görmüşük. Ötən əsrin əvvəllərində Anadolunun şərqində əliyalın xalqımıza qarşı ağır qətliamlar törədiblər. 1992-ci ildə törətdikləri Xocalı soyqırımı da bu cinayətlərin davamıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib.
O, Osmanlı dövlətinin Baş Naziri olmuş Tələt Paşanın qatilinə - erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidənin ucaldılmasını da kəskin pisləyib. Dərnək sədri bildirib ki, Ermənistan işğal etdiyi torpaqlardan dərhal çəkilməli, sözügedən abidə dağıdılmalıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara