Sergey Rebrov: Ukrayna millisi Azərbaycanla oyunda qalib gəlmək əzmindədir
Kiyev, 10 oktyabr, AZƏRTAC
Ukraynanın futbol üzrə milli komandası DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycanla oyunda qalib gəlmək əzmindədir.
AZƏRTAC Ukrayna Futbol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu fikri Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov bildirib.
"Təəssüf ki, zədəlilər çoxdur. Amma onları əvəz edə biləcək kifayət qədər futbolçu cəlb etmişik. İnanıram ki, hazırda millidə olanlar həm sabah, həm də növbəti oyunda çətinliklərlə üzləşməyəcəklər. Rəqibin necə oynayacağını görəcəyik. Məncə, Azərbaycana qarşı son oyunla müqayisədə daha aqressiv oyun nümayiş etdirmək bizim üçün vacibdir. Biz bu barədə danışdıq və mən görürəm ki, futbolçular növbəti iki oyunda qalib gəlmək istəyirlər”, - deyə Rebrov əlavə edib.
Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]