“Sərhədsiz elm: Xəzər perspektivi” mövzusunda beynəlxalq forum təşkil ediləcək
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Rusiya Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə oktyabrın 18-dən 24-dək Bakıda “Sərhədsiz elm: Xəzər perspektivi” mövzusunda beynəlxalq forum keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında razılaşdırılmış “2020-ci ildə birgə Tədbirlər Planı”na əsasən təşkil olunacaq.
Forum Xəzəryanı dövlətlərin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) əhəmiyyətli elmi potensialına əsaslanaraq, elmi tədqiqat işləri üzrə imkanlar və metodologiyaya dair əlaqələndirilmiş və əhatəli yanaşmanın inkişaf etdirilməsinə, Xəzərdə təbii ehtiyatların mühafizəsi və davamlı istifadəsi üzrə strategiyaların işlənib hazırlanmasına kömək edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]