Serj Sarkisyan diasporu Ermənistana buraxmaq istəmir, çünki hakimiyyəti itirməkdən qorxur
Bakı, 23 noyabr (AZƏRTAC). Ermənistan prezidenti Serj Sarkisyan diasporu Ermənistana buraxsa, indi söykəndiyi bütün sistem onunla birlikdə çökə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın “Iragir.am” nəşri yazır.
Nəşrin məlumatında deyilir ki, noyabrın 23-də Los-Ancelesdə “Hayastan” Ümumerməni Fondunun 15-ci telemarafonu start götürür.
Məlumatda daha sonra deyilir: “Ermənistan ümummilli maraqların bələdçisi rolunu öz üzərinə götürməyə səy göstərir. Hələlik bunu çox zəif şəkildə, çox vaxt praktiki deyil, nümayişkəranə şəkildə edir. “Bütün ermənilərin prezidenti” rolu Serj Sarkisyana hakimiyyəti saxlamaq üçün lazımdır, lakin o başa düşür ki, diaspor üçün Ermənistanın yolunu açsa, indi söykəndiyi sistem onunla birlikdə çökə bilər.
Nəşrin yazdığına görə, xaricdə yaşayan 7 milyon erməninin hələ də Ermənistan siyasətinə təsiri yoxdur və onlar bu ölkənin “həmsahibi” ola bilmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]