“Shamkir Chess 2016” super turnirində ilk gedişi FİDE prezidenti edib
Şəmkir, 26 may, Samirə Allahverdiyeva, AZƏRTAC
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2016” turnirində birinci tura start verilib.
AZƏRTAC xəbər verir ki, “Synergy Group”un dəstəyi ilə keçirilən yarışda ilk gedişi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov edib.