REGİONLAR
Şirvanda dələduzluq edərək 30 min manatdan çox pul mənimsəyən şəxs saxlanılıb
Şirvan, 2 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Dələduzluq etdiyinə görə axtarışda olan Mikayıl Mirzəyev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, M.Mirzəyev 4 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməklik göstərəcəyi barədə yalan vədlər verərək, zərərçəkənlərin 30000 manatdan çox pulunu ələ keçirib. M.Mirzəyev barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.