SOCAR Britaniyanın populyar karyera kitablarını Azərbaycan dilinə tərcümə edir
Bakı, 2 iyul, AZƏRTAC
“SOCAR Turkey” İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO ilə əməkdaşlıq edərək İngiltərənin populyar karyera kitablarını “Pocketbook” layihəsi ilə Azərbaycan dilinə tərcümə etməyə başlayıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Böyük Britaniyada oxucuların böyük maraqla qarşıladığı “İdarəetmə kitabları” (“Management Pocketbooks”) seriyasına daxil olan 103 kitab ana dilimizə tərcümə ediləcək. Bu sahədə bilik və bacarığını inkişaf etdirmək istəyən hər kəs rəqəmsal formatda pulsuz olaraq “http://pocketbook.az” saytında təqdim olunan kitabları oxuya bilər.
“Strategiya”, “Marketinq” və “Vaxtın idarə edilməsi” kitabları sayta yüklənib. Yaxın günlərdə “Büdcələrin idarə edilməsi” və “Müştəri xidməti” kitabları hazır olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:03]