SOCAR-ın ekologiya idarəsinin təşəbbüsü ilə “Açıq dərs” keçirilib
Bakı, 22 fevral, AZƏRTAC
SOCAR-ın ekologiya idarəsinin təşəbbüsü və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdlərinin iştirakı ilə “Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü”nə həsr olunan “Açıq dərs” keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açıq dərsdə şagirdlər təqdimatla çıxış edib, dünya okeanında ən kiçik suitilərin Xəzərdə olması haqqında məlumat veriblər. Qeyd olunub ki, Təbiətin Mühafizəsi Beynəlxalq Birliyi Xəzər suitilərini “zəif” növlər siyahısına əlavə edib.
“Açıq dərs”də ekologiya idarəsinin əməkdaşları SOCAR-ın ekoloji fəaliyyəti, xüsusi ilə Bakı buxtası və Xəzər dənizinin sahil zolağı boyunca ekoloji sağlam mühitin yaradılması məqsədilə, həyata keçirilən tədbirlər haqqında məlumat verib, lisey şagirdlərini maraqlandıran sualları cavablandırıblar.
1986-cı ildən fevral 19-u Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü (Balinalar Günü) kimi qeyd edilir. Hazırda dünyada təkcə balinalar deyil, bütün dəniz məməliləri, dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]