SOCAR “Qalatasaray”ın sponsoru olub
Bakı, 11 iyul, AZƏRTAC
Türkiyənin ən böyük birbaşa xarici investoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-2024-cü il mövsümündə “Qalatasaray”ın enerji sponsoru və avrokubok oyunlarında kişilərdən ibarət futbol komandasının forma sponsoru olub.
AZƏRTAC xəbər verir ki, “SOCAR Türkiyə”, “Qalatasaray” idman klubu və “Qalatasaray Sportif A.Ş.” arasında imzalanan müqaviləyə əsasən, “Qalatasaray” futbol komandası 2023-2024-cü il mövsümündə UEFA çərçivəsində təşkil olunacaq bütün rəsmi yarışlarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası daxil olmaqla) SOCAR loqosu ilə çıxış edəcək. SOCAR, həmçinin mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]