Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsi azalmışdır
Bakı, 6 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əməkdaşları çayların mövcud vəziyyətini araşdırmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 75-190, Kiçik Qafqazın çaylarında 75-80, Lənkəran-Astara bölgəsi çaylarında 60-120, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20-25 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 274 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 109 kubmetrdir.
Bundan başqa, son 3 gün ərzində Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsinin 74, Şirvanda 55, Salyanda 46, Bankədə 34, Araz çayının Novruzlu məntəqəsində isə 25 santimetr azalması məlum olmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 526, Şirvanda 464, Salyanda 403, Bankədə 299, Araz çayının Novruzlu məntəqəsində isə 325 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]