Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son bir ilin uğurları növbəti illər üçün böyük stimuldur

Son bir ilin uğurları növbəti illər üçün böyük stimuldur

“Güclü dövlət, yüksək rifah” tezisini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Prezident İlham Əliyevə milyonların sevgisi, dəstəyi şəksizdir

Bakı, 10 aprel, AZƏRTAC

Ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan 11 aprel 2018-ci il prezident seçkilərindən bir il ötür. Xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə yol açan möhtərəm Prezidentimiz İlham Əliyevin qələbəsi təbii ki, son 15 ilin uğurlarına söykəndi. 2003-cü ildə keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı bu vədi vermişdir: “Ancaq bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Bu vədə sadiqlik Azərbaycanın davamlı inkişafını təmin etməklə yanaşı, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin qələbəsini şərtləndirdi.

AZƏRTAC YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin “Son bir ilin uğurları növbəti illər üçün böyük stimuldur” adlı məqaləsini təqdim edir.

Bir il zaman baxımından az olsa da, bütün sahələrdə əldə olunan uğurların statistikasına diqqət yetirdikdə bu günə qədərki uğurlu dövrün davamlılığı böyük qürur hissi yaradır. Ölkə Prezidenti İlham Əliyevin ötən il andiçmə mərasimində söylədiyi bu fikirləri yada salmaq istərdim: “Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Son bir ilin hər ayı, hər günü mühüm hadisə ilə tarixə yazılıb. Belə ki, 11 aprel prezident seçkilərindən sonrakı növbəti ayda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. “Biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu əsaslı şəkildə diqqətə çatdıraraq bildirdi ki, dörd mərhələdən - “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət Cənub Qaz Dəhlizi ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, zəngin təbii qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasına söykənərək “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” fikri də böyük inam və qətiyyətlə söylənildi. Bu mühüm hadisənin ardınca iyun ayında Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP-ın Türkiyənin Əskişəhər şəhərində açılış mərasimi keçirildi. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü kimi dəyərləndirildi. “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir” söyləyən ölkə Prezidenti İlham Əliyev “Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq” vurğuladı. Beləliklə, ölkəmizin təşəbbüsü ilə başlanan TANAP layihəsi Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcək. “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə TANAP-ı qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəçisi kimi qiymətləndirdi. Bu uğurların davamı olaraq ötən ilin oktyabrında “Star” neft emalı zavodu istifadəyə verildi. Dövlətimizin başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən SOCAR-ın həyata keçirdiyi investisiya layihələrindən geniş bəhs edərək, “Star”ın açılışını böyük səylərin, investisiyaların nəticəsi kimi diqqətə çatdırmışdır. SOCAR-ın müxtəlif ölkələrdə, o cümlədən qardaş Türkiyədə reallaşdırdığı investisiya layihələri onun beynəlxalq nüfuzunu daha da artırır. “Star”ın açılışı mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR-ın 2008-ci ildən etibarən enerji sahəsində mühüm layihələr həyata keçirdiyini önə çəkərək bildirmişdir ki, SOCAR “Star” neft emalı zavodunu məhz bu sərmayə ilə ölkəmizə qazandırmışdır: “Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək”.

Göründüyü kimi, enerji sektorunda uğurlarımız davamlıdır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim diqqəti bu məsələyə də yönəldir ki, ötən əsrin 90-cı illərinin sonlarında, XXI əsrin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətlərimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, müstəqil dövlət qurumuşuq.

Neft siyasətinin uğurlu nəticəsidir ki, bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atılır. Son bir ilin mühüm addımları sırasında sayca dördüncü Dövlət Proqramının qəbulunu qeyd etməliyik. Cənab İlham Əliyevin Prezident kimi ilk müsahibəsində “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə, Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavabını xatırlasaq, bildirmişdir ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaq, iş yerləri də açılacaq.

Enerjidən asılılığın minimuma endirilməsi məqsədilə regionların potensial imkanlarından səmərəli istifadə olunması, bunun üçün 2004-2018-ci illər ərzində üç Dövlət Proqramının uğurlu icrası, ölkə Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqlənməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin təzahürüdür. Təkcə ötən il bölgələrə 24 səfər etdiyini xatırladan möhtərəm Prezidentimiz bildirir ki, bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi durumunun yaxşılaşdırılması, həmçinin infrastruktur layihələri ilə əlaqədar biri-birindən önəmli sərəncamlar imzalanıb. Hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə Tədbirlər Planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da qeyri-neft sektorunun inkişafının prioritetliyindən xəbər verir.

Statistik rəqəmlər inkişafın aydın mənzərəsini yaradır. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin formalaşdırıb. Təkcə ötən il 118 min yeni iş yeri yaradılıb. İş yerlərinin yaradılmasının daimi proses olmasını əsas tələb kimi qarşıya qoyan dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə artır.

Son 15 ildə əhalimizin sayı 1,6 milyon nəfər artıb. Bu günlərdə 10 milyonuncu sakinimiz dünyaya gəldi. Biz artıq on milyonluq ölkəyik. Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 10 milyonuncu sakinin valideynləri ilə görüşüb, həmçinin bu münasibətlə Azərbaycan xalqını təbrik ediblər. Təbii ki, bu sevincimiz də Azərbaycanın iqtisadi imkanlarının günbəgün artmasına və bu fonda təkmil sosial siyasətə əsaslanır. Təkcə cari ilin arxada qalan aylarında dövlətimizin başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən fərman və sərəncamlarına diqqət yetirsək, vətəndaş amilinə nə qədər böyük dəyər verildiyini görə bilərik. İqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bildirən cənab Prezident İlham Əliyev çıxışlarında daim bu tezisi səsləndirir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Əməkhaqqı və pensiyaların, təqaüdlərin, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı sərəncamların imzalanması ölkə vətəndaşlarının sosial müdafiəsinin təminatı istiqamətində aparılan siyasətin ən bariz nümunələridir. Bu il minimum əməkhaqqı 130 manatdan 180 manata, minimum pensiyaların məbləği 116 manatdan 160 manata çatdırıldı.

Dövlətimizin başçısı İlham Əliyevin şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə daim diqqət və qayğısı da davamlıdır. Ötən ilin prezident seçkilərindən sonra imzalanan ilk Fərman şəhid ailələrinə birdəfəlik 11 min manat məbləğində kompensasiyanın verilməsi ilə bağlı oldu. Növbəti Fərmanla şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələri üçün nəzərdə tutulan müavinət 220 min manatdan 300 manata çatdırıldı. Keçən il şəhid ailələrinə 626 mənzil verilmişdir. Bu il isə daha 800 şəhid ailəsi mənzillə təmin olunacaq. Məcburi köçkünlərlə bağlı sosial islahatlar da davamlılığı ilə diqqət çəkir. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün istifadəyə verilən yeni yaşayış kompleksinin açılışında iştirak etdi. Açılış mərasimində bu günə qədər bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlara diqqət yönəldilərək bildirilmişdir ki, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir. Bu istiqamətdə atılan addımlardan bəhs edərkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də xüsusi qeyd etməliyik. Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə verilib. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub.

Dövlətimizin başçısı İlham Əliyev atdığı hər addımı ilə ölkə vətəndaşının yanında olduğunu təsdiqləyir. Baş verən zəlzələlər, daşqınlar nəticəsində əhaliyə vurulan ziyanın dövlət tərəfindən ödənilməsi də təqdir olunan addımlar sırasındandır. Dövlətimizin başçısı İlham Əliyev bu il Şamaxıda, Ağsuda, İsmayıllıda baş verən zəlzələnin fəsadları ilə tanış oldu, əhaliyə lazımi kömək göstərilməsi üçün aidiyyəti qurumlara tapşırıqlarını verdi. Ölkə Prezidentinin dəfələrlə zəlzələ bölgəsində aparılan işlərin gedişi ilə maraqlanması ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Eyni addımlar Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın zamanı da diqqəti çəkdi. Hər zaman ölkə vətəndaşının yanında olan cənab İlham Əliyev yanğından dərhal sonra müşavirə keçirərək, aidiyyəti qurumlara tapşırıqlar verdi, həmçinin “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Sərəncam imzaladı. Sənəddə həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Dövlətimizin başçısı İlham Əliyevin son fərman və sərəncamlarının, qərarlarının hər biri sosial inqilab kimi dəyərləndirilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, iqtisadi uğurları artan, maliyyə imkanları möhkəmlənən ölkəmizdə əhalinin maddi rifah halının yüksəlməsi naminə hazırlanan sosial paketdə daha ciddi islahatlar nəzərdə tutulur. Məhz bu addımlara söykənərək, belə bir əminlik ifadə olunur ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaq.

Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında Azərbaycan Planetimizin 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Həmçinin qurumun açıqladığı “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında da bildirilir ki, Azərbaycanda inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələri iqtisadiyyatın müxtəlif sahələrində dönüş yaradır.

Şəffaflığın qorunması, idarəetmə sistemində təkmilləşmə beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın uğuru kimi dəyərləndirilir.

Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrümüzdə idarəetməni daha təkmil formada həyata keçirmək, qarşıya qoyulan hədəfə daha qısa zamanda nail olmaq inkaredilməzdir. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”in, ABAD-ın sırasına ötən il “DOST” da daxil olundu. Dövlətimizin başçısı İlham Əliyevin 8 fevral 2019-cu il tarixli “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Fərmanı da yeniliyin, təkmilləşmənin prioritetliyinin təsdiqidir. İctimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədi ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Son bir ilin uğurları sırasında yer alan üçüncü peykimizin orbitə buraxılması da ölkəmizdə yeni texnologiyaların inkişafına nə qədər önəm verildiyini ortaya qoydu. Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımıza təbrikində bildirmişdir ki, Azərbaycan bu gün beynəlxalq kosmik klubun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü, siyasətimizin məqsədyönlülüyünü göstərir. Bizim artıq 3 peykimiz var: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”.

Daxili siyasətin məntiqi davamı kimi dəyərləndirilən xarici siyasət uğurlarımız da biri-birini əvəzləməkdədir. Dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün Azərbaycanın əsas məkan seçilməsi dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ötən ay 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumunda dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın xarici siyasətinin prioritetlərini və dəyişməz olan mövqeyimizi bir daha diqqətə çatdıraraq bildirmişdir ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq: “Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir”. Uğurlarımıza söykənərək bu əminlik də ifadə olunmuşdur ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq”.

Azərbaycanın yerləşdiyi coğrafi məkan önə çəkilərək, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr, multikulturalizm təcrübəsi təqdir edilir. “Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək “Bakı Prosesi”nə start verdi” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, ötən il “Bakı Prosesi”nin 10-cu ildönümünü qeyd etdik. Bu, İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərini birgə toplantıya dəvət etməyimizlə başladı. Bu, çox uğurlu oldu. Növbəti il də belə toplantı keçirildi. BMT tərəfindən dəstəklənən bu format “Bakı prosesi” adlandırıldı. Bu, 100-dən çox ölkəni əhatə edən, İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasında qarşılıqlı əlaqə və müzakirələrin yeganə formatıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu önə çəkərək qeyd edir ki, ölkəmiz dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub: “Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur”.

Azərbaycanın son bir ildəki xarici siyasət uğurlarından bəhs edərkən dövlətimizin başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” adlı sənədi, həmçinin Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində ölkəmizdə olaraq reallıqlarımızı yüksək dəyərləndirməsini, ən əsası Azərbaycanı ənənələri olan ölkə kimi təqdir etməsini xüsusi qeyd etməliyik. Azərbaycanla Avropa İttifaqı, həmçinin quruma üzv olan ölkələrlə əməkdaşlığın yüksələn xətlə inkişafı xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyin ortaya qoyulmasında əhəmiyyətli rol oynayır.

On bir ilin uğurları sırasında regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasını qeyd etməliyik. Sovetlər birliyinin dağılmasından sonra Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranmasından bu günə davam edən müzakirələrin, danışıqların müsbət sonluqla başa çatmasında Azərbaycanın rolu inkaredilməzdir. Son illərdə ölkəmizin yeni əməkdaşlıq formatlarının yaranmasında təşəbbüskar rolunu daha da artırması, ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı bu kimi mühüm hadisələrdə əhəmiyyətli rola malikdir. Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirakı ilə seçilib. “Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur” söyləyən cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.

Uğurlarımız öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə geniş yol açır. Münaqişənin həlli ilə bağlı möhkəm hüquqi baza mövcuddur. Beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənməklə yanaşı, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması da öz əksini tapıb. Bu mühüm məqamı da qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan fəaliyyətə başladığı ilk gündən münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində tərəf kimi separatçı rejimin iştirakının vacibliyini iddia edirdi. Lakin dövlətimizin sərt reaksiyası, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı bu iddianın nə qədər yersiz, əsassız olduğunu Ermənistan tərəfinə çatdırdı. Ölkə Prezidentinin bu günlərdə Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də bu kimi məqamlara işıq saldı. Bu görüş danışıqlar formatının dəyişməzliyini nümayiş etdirdi.

Avstriyanın görüşə ev sahibliyi isə diplomatik uğurumuza bələdçilik kimi dəyərləndirildi.

Diplomatik uğurlarımız, eyni zamanda, iqtisadi imkanlarımızın artması fonunda güclənən ordumuz münaqişənin tezliklə öz ədalətli həllini tapacağına əminliyi artırır. Bu günlərdə 3 ilini qeyd etdiyimiz 2016-cı ilin aprel, ötən ilin Naxçıvan qələbələri Azərbaycan Ordusunun gücünün nümayişidir. Həmçinin ötən il Azərbaycan Silahlı Qüvvələrinin, Bakı şəhərinin azad olunmasının 100 illiyinə həsr olunan paradlar bu təqdimatın davamı kimi dəyərləndirildi. Son bir ilin mühüm hadisələri sırasında Azərbaycanın ötən il ənənəvi olaraq keçirilən Üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə ev sahibliyi etməsini də qeyd etməliyik. Dövlətimizin başçısı İlham Əliyev sərginin iştirakçılarına təbrikində bildirmişdir ki, artıq ənənəvi xarakter almış “ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm tədbirə çevrilib. Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan müdafiə qabiliyyətinin artırılmasına və Silahlı Qüvvələrinin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaratmış və bu sərgi müdafiə sənayemizin əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinin 3 illiyi münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olarkən bu əminliyi ifadə etmişdir ki, Azərbaycan əsgəri istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Siyasi və döyüş meydanlarında qələbələrimiz bizi daha da ruhlandırır, daha da gücləndirir. Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşündə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bildirmişdir: “Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq”.

Göründüyü kimi, son bir ilin uğurlarının miqyası geniş və növbəti illər üçün stimuldur. 2019-cu il ölkəmizdə “Nəsimi ili”, ötən il isə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir. Bu kimi önəmli addımlar xalqımızın zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə sahibliyinin təsdiqidir. Son bir ilin mühüm sənədləri sırasında “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da xüsusi yer tutur. Hər zaman qeyd olunduğu kimi, dilinə, tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq məğlubedilməzdir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu il 30 iyun-10 iyul tarixlərində ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul olunmasında da bu xüsusiyyətlərimiz mühüm yer tutub.

Bir ildə keçilən yola qısa baxış qarşıdakı illərin aydın mənzərəsini yaradır. Uğurlara əsas verən ən mühüm amil xalq-iqtidar birliyinin, həmrəyliyinin sarsılmazlığıdır. Yazıya dövlətimizin başçısı İlham Əliyevin ötən il andiçmə mərasimində söylədiyi “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm” fikirləri ilə sonluq vermək istərdim. Xalq-iqtidar birliyinin sarsılmazlığı, əbədiliyi fonunda Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır. Bunu beynəlxalq səviyyəli sorğuların nəticələri də təsdiqləyir. Belə ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu cənab İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib.

Sorğunun nəticələri dövlətimizin başçısı İlham Əliyevin verdiyi hər bir vədini konkret əməldə təsdiqləməklə Azərbaycana qazandırdığı uğurların ümumi mənzərəsini yaradır. İdarəetmədə təkmilləşmə uğurların açarı kimi əsas yer tutur. Belə ki, ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Təsadüfi deyil ki, son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilib. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, “Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Sorğunun nəticələri bu reallığı da təsdiqləyir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, cənab İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

Sözsüz ki, bu kiçik yazıda bir il ərzində görülmüş nəhəng işləri ifadə etmək çox çətindir. Sadaladığımız bu faktlardan onlarla, yüzlərlə daha da artığını qələmə almaq olar. Qeyd etdiklərimiz görülmüş işlərin çox kiçik bir hissəsidir. Bunları qeyd etməklə çalışdıq ki, son bir ildə əldə olunan uğurları qısaca olaraq oxucuların diqqətinə çatdıraq.

Qeyd edək ki, xalqa arxalanan, “güclü dövlət, yüksək rifah” tezisini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən möhtərəm Prezidentimizə milyonların sevgisi, dəstəyi şəksizdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı