“Sumqayıt” AZAL-ı məğlub etməklə yeni ildə ilk qələbəsinə sevinib
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXII tur çərçivəsində oyunlar davam edir.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Sumqayıtda eyniadlı komanda ilə AZAL arasında keçirilib. Qış fasiləsindən sonra keçirdiyi hər üç görüşdə uduzan və qol vura bilməyən Sumqayıt təmsilçisi nəhayət ki, tilsimi qıra bilib. Samir Abasovun komandası doğma meydanda AZAL-a iki cavabsız qolla qalib gəlməklə, qonaqların altı oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub. Birinci hissənın 32-ci dəqiqəsində Murad Ağayev başı ilə topu çərçivəyə göndərib. Üç dəqiqə sonra isə Ağabala Ramazanovun zərbəsi dəqiq olub - 2:0.
Komandaların turnir cədvəlindəki mövqeyi dəyişməyib. Qalibiyyət sayəsində xallarını 21-ə çatdıran “Sumqayıt” klubu səkkizinci, Tərlan Əhmədovun komandası isə xal itkisinə baxmayaraq 26 xalla yeddinci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]