“Sumqayıt” futbol klubu daha bir transfer həyata keçirib
Sumqayıt, 17 iyun, AZƏRTAC
2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.
“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komanda son mövsümü “Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib. Birillik icarə əsasında “Sumqayıt” klubunda çıxış edəcək 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol) “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]