“Sumqayıt” futbol klubu iki futbolçusu ilə müqavilələri yeniləyib
Sumqayıt, 4 fevral, AZƏRTAC
“Sumqayıt” Futbol Akademiyasının yetirmələri - yarımmüdafiəçilər Rüfət və Səbuhi Abdullazadə komanda ilə 2019/2020 mövsümündə bağladıqları peşəkar müqavilələri yeniləyib. Belə ki, onların mövcud müqavilələri 2022/2023 mövsümünün sonuna qədər uzadılıb.
Futbol klubundan AZƏRTAC-a bildirilib ki, Rüfət Abdullazadə Premyer Liqada bu mövsüm 8, ümumilikdə 12 oyun, Səbuhi Abdullazadə isə bu mövsüm 8, ümumilikdə 22 oyun (1 qol) keçirib.
U-21 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/2018 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda “Kəpəz”lə oyunda (3:0) nail olub. Onu da bildirək ki, Rüfət və Səbuhi 2017/2018 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]