Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixçi-alim ruslar üçün latın qrafikalı əlifbadan danışır

Tarixçi-alim ruslar üçün latın qrafikalı əlifbadan danışır

Bakı, 20 noyabr, AZƏRTAC

1917-ci il Oktyabr inqilabından dərhal sonra bolşeviklər müxtəlif sahələrdə islahatlara başladılar. Əlbəttə ki, hər şey çar Rusiyasındakından fərqlənməli idi. 1917-ci ilin sonu - 1918-cu ilin əvvəlində kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haqqında dekretlər qəbul olundu. Bu, təkcə xristianlara aid deyildi. Müsəlmanlar da mollaxanalardan əl çəkib dünyəvi məktəblərdə təhsil almalı idilər. Bütün işlər Dövlət Xalq Təhsili Komissarlığına tapşırıldı. Ən böyük uğur məktəblərin yaradılması və hamının təhsilə cəlb edilməsi idi. 1923-cü ildə “Rədd olsun savadsızlıq!” şüarı ilə könüllülərdən “likbez”lər (savadsızlığın ləğvi) cəmiyyəti yaradıldı. Artıq 1926-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasında (RSFSR) savadlı əhalinin sayı iki dəfə artaraq 51 faiz olmuşdu. Lakin bolşeviklər hədlərini o qədər aşmışdılar ki, nəinki din dərslərini, hətta tarix və fəlsəfəni köhnəliyin qalığı kimi ləğv etmişdilər. Əllərinə hakimiyyət keçdiyindən ruhlanan kəndlilər bir sıra zadəgan malikanələrini zəngin kitabxanaları, dəyərli maddi mədəniyyət nümunələri ilə birgə yandırmışdılar. Bunun qarşısını almaq məqsədilə kitabxanaların, muzeylərin, saray və malikanələrin qorunması haqqında dekret qəbul edilmişdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun “Ruslar üçün latın qrafikalı əlifba” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Əlifba islahatı da geniş vüsət almışdı. Bu baxımdan Kirill əlifbası köhnəliyin qalığı kimi aradan qaldırılmalı idi. 1918-ci ildə əlifbada islahat apararaq i, Θ,ѣ, ע kimi hərfləri, eyni zamanda, samitlə bitən sözlərin sonundakı “Ъ” işarəsini çıxartdılar. Lakin bu, ilkin mərhələ idi...

Məktəbin kilsədən ayrılması üçün çar Rusiyasının xristianlaşdırma və ruslaşdırma siyasətinin əsas aləti olan əlifbadan – inqilabdan əvvəlki Kiril əlifbasından imtina etmək məsələsi qaldırılmışdı. Bir sözlə, inqilaba qədər istifadə edilmiş Kirill və ərəb əlifbaları xristian və müsəlman əhali təbəqələrini dini cəhalətdə saxlayan, mürtəce, ruslaşdırma və xristianlaşdırmaya, ərəbləşdirməyə xidmət edən vasitə kimi latın qrafikası ilə əvəz olunmalı idi...

RSFSR-in xalq maarifi komissarı Anatoli Lunaçarski rusların, eləcə də bütün dünya xalqlarının latın qrafikasında əlifbaya keçməsinin tərəfdarı idi. A.Lunaçarskiyə görə, dünya inqilabı azad bəşəriyyətə dünya əlifbası – latın qrafikalı əlifba gətirməli idi... Onun şahidliyinə görə, V.İ.Lenin də bu əlifbanın tərəfdarı idi. Lakin V.İ.Lenin birdən-birə latın qrafikalı əlifbaya keçməyi haqlı olaraq təhlükəli hesab edirdi: “Əgər biz tələsik yeni əlifbanı həyata keçirməyə başlasaq, ya da mütləq bizimkinə uyğunlaşdırılması lazım gələn latın əlifbasını tələsik daxil etsək, səhv edə bilərik və vandalizmdə günahlandırılaraq tənqid hədəfinə çevrilərik”.

SSRİ xalqlarının latın qrafikalı əlifbaya keçid kampaniyası 1920-1930-cu illəri əhatə edirdi. 1929-cu ildə RSFSR-in Xalq Maarifi Komissarlığı rus əlifbasının latın qrafikası əsasında tərtibi ilə bağlı məsələlərin işlənməsi üçün komissiya yaratdı. Komissiyanın 1930-cu il 14 yanvar iclasının protokolundan: “Rusların yaxın vaxtda latın əsaslı vahid beynəlmiləl əlifbaya keçməsi qaçılmazdır”.

1920-ci illərin sonlarında əksər sovet xalqları latın qrafikalı əlifbaya keçdikdən sonra dilçi alim Nikolay Yakovlev yazırdı: “Rus əlifbasının ərazisi Oktyabr inqilabının latın əlifbasının (yeni türk əlifbası) qəbul edildiyi divarlar və eyni əsaslı milli-burjua əlifbaları olan Qərbi Avropa ölkələri arasında sıxılıb qalmış paza bənzəyir. Beləliklə, sosializm quruculuğu mərhələsində SSRİ-də Kirill əlifbasının olması, sözsüz, İttifaq xalqlarının böyük hissəsini inqilabi Şərqdən, eləcə də Qərbin zəhmətkeş kütlələrindən və fəhlə sinfindən ayıran maneənin qrafik növü olan anaxronizmdir”.

1929-cu ildə RSFSR Xalq Maarifi Komissarlığı professor Nikolay Yakovlevin başçılığı və dilçilərin, kitabçıların, poliqrafiya mühəndislərinin iştirakı ilə 13 nəfərdən ibarət Komissiya yaratmışdı. Komissiya 1930-cu ilin yanvarında işini başa çatdırdı. Türkcə “yeni əlifba”, rus dilində “yanalif” kimi tələffüz olunan bu əlifba belə idi: Aa, Bʙ, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg,Ƣƣ, Hh, Ii, Jj, Kk, Ll, Mm, Nn, Ꞑꞑ, Oo, Ɵɵ, Pp, Qq, Rr, Ss, Şş, Tt, Uu, Vv, Xx, Yy, Zz, Ƶƶ, Ьь; apostrof da vardı. Latın dilində olmayan səslər əlavə işarələr şəklində verilirdi. Məsələn, [ы] ь kimi, [ч] с kimi), ya da diakritik işarəli hərflərlə: [ш] və [дж] ş və ç kimi. Yekun sənəddə rus latını üçün bir-birindən yalnız “ы”, “ё”, “ю”, “я” və “ь” daxil edilməsi ilə fərqlənən üç variant təklif edilirdi. Lakin 1930-cu il yanvarın 25-də İosif Stalin rus əlifbasının latınlaşdırılması məsələsinin dayandırılması haqqında göstəriş verdi...

Beləliklə, 1917-ci il Oktyabr inqilabından sonra əlifba islahatı məsələsi yalnız türk və müsəlman xalqları üçün deyil, rus dili üçün də müzakirə obyektinə çevrilmişdi. Bolşeviklər mədəniyyət və dil sahəsində “bütün köhnə formaları dağıdaraq yeni, beynəlmiləl sistem” yaratmaq niyyətində idilər. 1920-ci illərdə SSRİ-də bir çox alim və dilçi, xüsusilə Nikolay Marr və onun məktəbi yazı sisteminin beynəlmiləlləşdirilməsini təklif edirdilər. Onların fikrincə, latın qrafikası texnoloji cəhətdən daha çevik və dünya elmində daha çox istifadə olunduğu üçün “proqressiv” sayılırdı. 1920–1930-cu illərdə hətta rus dili üçün latın əlifbası layihələri hazırlanmışdı. Bu layihələrdə Kirill hərfləri latın işarələri ilə əvəz edilirdi. Məsələn: “Ш” üçün š, “Ч” üçün č, “Ж” üçün ž, “Я” üçün ja və s. kimi variantlar təklif olunmuşdu. 1929-cu ildə SSRİ-də “Latınlaşdırma Komitəsi” fəaliyyət göstərirdi və bəzi dövri mətbuatda rus yazısının latınlaşdırılması müzakirə edilirdi. Lakin 1930-cu illərin ortalarından etibarən Stalinin milli siyasəti dəyişdi: latın qrafikalı əlifbalar ləğv edildi, bütün xalqlar Kirill qrafikasına keçirildi.

Beləliklə, ruslar üçün latın əlifbasına keçid ideyası qısa müddət müzakirə olunsa da, mərkəzi hakimiyyətin milli və ideoloji maraqları bu planı tamamilə dayandırılmışdı. Nəticədə, Kirill yazısı sovet imperiyasının “vahid mədəniyyətinin” əsas atributuna çevrildi və rus dili bütün SSRİ üçün mədəni hegemon rolunu oynadı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestatlar təqdim olunub

Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq

Böyük Britaniyada təhsil alan azərbaycanlı mütəxəssis: Süni intellekt kiberhücumları daha mürəkkəb hala gətirir - MÜSAHİBƏ

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı açıqlanıb – STATİSTİKA

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Niderlandla müsbət siyasi dialoq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verir

Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib

Oktyabrda 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib