TAYVANDA HAZIRLANMIŞ QIZIL KÜLÇƏSİ GİNNESİN REKORDLAR KİTABINA DÜŞMÜŞDÜR
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərə görə, Tayvanda əridilib hazırlanmış nəhəng qızıl külçəsi diqqətlə ölçülüb-biçildikdən, çəkildikdən sonra Ginnesin Rekordlar kitabına salınmışdır.
Külçənin çəkisi 220 kiloqram 300 qramdır. Bundan əvvəlki “rekordçu” 1999-cu ildə Yaponiyada hazırlanmış çəkisi 200 kiloqram olan külçə idi.
Külçə Tayvanın dağlıq Szinquaşi rayonunda çıxarılmış qızıldan hazırlanmışdır. Bu rayonda 1800 hektar sahədə təxminən 500 ton ehtiyatı olan qızıl mədəni var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]
Brno alimləri işıq vasitəsilə mini tor qişalarına “görməyi” öyrədiblər
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]