Təhsil Nazirliyi: IV qrant müsabiqəsi üzrə layihə qəbulu davam edir
Bakı, 12 mart, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” üzrə layihə qəbulu martın 31-i saat 18.00-dək davam edəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə təqdim edilən layihələrin əvvəllər təqdim edilməyən orijinal ideyaya əsaslanması, inkişafyönümlü və innovativ xarakterli olması əsas şərtlərdəndir. Layihə seçiminin şəffaf aparılması məqsədilə müsabiqəyə təqdim edilən bütün layihələr Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş ekspertlər tərəfindən eyni formada yoxlanılır.
Diqqətə çatdırılır ki, müsabiqəyə müraciət edən şəxslər (layihə müəllifləri) üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən təlim keçirilmir. Hazırda həyata keçirilən təlimlər fərdi şəxslərin təşəbbüsüdür və Təhsil Nazirliyi bu məsələdə məsuliyyət daşımır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]