Təl-Əvivdə Azərbaycandakı yəhudi irsinə dair təqdimat keçirilib



Bakı, 15 fevral, AZƏRTAC
İsrailin Təl-Əviv şəhərində Dünya Yəhudilərinin Səyahəti (World Jewish Travel) təşkilatının təşəbbüsü ilə “Yəhudi İpək Yolu” adlı tədbir keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirakçılara Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova tərəfindən Azərbaycanın çoxillik yəhudi irsi, yəhudi icmasının sıx şəkildə məskunlaşdığı Qırmızı qəsəbə, o cümlədən yəhudi irsinin mövcud olduğu Bakı, Quba, Oğuz, İsmayıllı və digər ərazilər haqqında məlumat verilib.
İştirakçılara Azərbaycanın müxtəlif yerlərində qədim sinaqoqların izlərinin aşkarlandığı və hazırda ölkədə yeddi sinaqoqun fəaliyyət göstərdiyi bildirilib.
Tədbirdə həmçinin, Türkiyə, Gürcüstan, Özbəkistan və Hindistanı təmsil edən nümayəndələr ölkələrindəki yəhudi irsinə dair təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, İpək Yolu üzərində yerləşən və məhz yəhudi mədəniyyətinin çiçəklənməsinə töhfə verən şəhərləri birləşdirən konseptual layihə “Yəhudi İpək Yolu” adlanır.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə fevral 14-15-də Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]
Yeddi ayda Kapadokyanı 2 milyondan çox turist ziyarət edib
Yardımlı rayonunda zəlzələ olub
- [16:47]
Qubada qanunsuz tikili sökülüb
- [10:45]
Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir
- 18.04.2025 [23:48]
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
- 18.04.2025 [21:26]
Bakıda türkiyəli rəssamın sərgisi açılıb
- 18.04.2025 [19:53]
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
- 18.04.2025 [19:20]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 18.04.2025 [19:13]
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb
- 18.04.2025 [19:11]
Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib
- 18.04.2025 [19:03]
® “Ziraat Bank” Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurub
- 18.04.2025 [18:56]
“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb
- 18.04.2025 [18:54]