Tələbələr arasında XIII Respublika Spartakiadasının şahmat yarışlarına yekun vurulub
Bakı, 17 noyabr, AZƏRTAC
Gənclər və İdman, Təhsil nazirlikləri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “Gənclik “Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika Spartakiadası davam edir.
AZƏRTAC xəbər verir ki, spartakiadanın təqvim planına idmanın 6 növü daxil edilib. Qızlar və oğlanlar arasında atletika, şahmat, dama, voleybol, basketbol və stolüstü tennis üzrə yarışlar keçirilir.
Şahmat üzrə yarış Azərbaycan Dövlət Pedaqoji Kollecin idman zalında təşkil olunub.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda oğlanların mübarizəsində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri qalib adını qazanıblar. Qızların yarışında isə Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.