TENDERİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, şirkətin Geofizika və Geologiya İdarəsi “Tümmenneftgeofizika” tresti ilə birgə “Cobustan Operating Company” tərəfindən elan olunmuş tenderin qalibi olmuşdur. Tender layihəsində Qobustan ərazisində istismar olunacaq neft yataqlarında geoloji kəşfiyyat işləri aparılacaqdır. Bu layihə çərçivəsində işlərə avqust ayında başlanacaqdır.