“TOFİQ İSMAYILOV” DALĞIC GƏMİSİNİ XARİCİ ŞİRKƏT MODERNLƏŞDİRİR
“Xəzərdənizneftdonanma” İdarəsinə məxsus “Tofiq İsmayılov” dalğıc gəmisini McDermot şirkəti modernləşdirir. Dənizin 300 metr dərinliyində işləməyə imkan verən bu gəmini Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti icarəyə göturmüşdür.
bp-Azərbaycan Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, modernləşdirməyə 30 milyon dollar vəsait xərclənəcəkdir. Gəmi gələn ilin may ayında hazır olacaq və Azəri layihəsi çərçivəsində sualtı boru kəməri boyunca - dənizdən sahilə qədər fibrooptik kabelin çəkilməsi işinə cəlb ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]