Topaz Premyer Liqasının XII turunda “Qarabağ” komandası “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun ilk qarşılaşmasında "Qarabağ" klubu "Sumqayıt"ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçın 30-cu dəqiqəsinda "Qarabağ"ın qapıçısı İbrahim Şehiç qırmızı vərəqə ilə cəzalandırılıb. Lakin ağdamlılar meydanda sayca azlıqda qalmalarına baxmayaraq, 41-ci dəqiqədə Riçard Almeydanın qolu ilə hesabı açıblar. İlk hissə bu hesabla başa çatıb.
Matçın ikinci hissəsində "Qarabağ" hesab arasındakı fərqi iki topa çatdırıb. Oyunun 65-ci dəqiqəsində Dino Ndlovu fərqlənib. Qalan dəqiqələrdə əlavə qol vurulmayıb və görüş "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu oyundan sonra "Qarabağ" 28 xalla turnir cədvəlində birinci yerdədir. "Sumqayıt" isə 18 xalla dördüncü pillədədir.
Turun ikinci günündə “Keşlə” klubu “Zirə” ilə qarşılaşacaq. Digər oyununda isə “Səbail” səfərdə “Kəpəz”in qonağı olacaq.
Tura noyabrın 19-da “Neftçi”-“Qəbələ” matçı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]